Orxan Qəribov Unibank Kommersiya Bankının tədqiqat və inkişaf komandasının rəhbəridir. O, 10 ildən çox bankçılıq, fintech, sığorta və e-ticarət sahələrində rəqəmsal məhsul idarəçiliyi təcrübəsinə malikdir. Orxan Qəribov regionun aparıcı təhsil müəssisələrindən biri olan ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışdır. Hal-hazırda isə Unibank-da yeniliklərin tətbiqini təşviq etmək məqsədi ilə yeni təşkilati strukturun qurulmasına rəhbərlik etməklə yanaşı, İnnovasiya laboratoriyasında Agile məhsul inkişafı və Lean biznes təcrübələri üzrə mentorluq edir. O, həmçinin, 3 startapın qurucusudur.