Özünü inkişaf etdirmək üçün əla bir yerdəsən!
Bizimlə öyrən!
Digiuth, gənc mütəxəssislərin hazırladığı onlayn kurslar vasitəsilə gənclərə sosial iş, gənclərlə iş, biznes, texnologiya, təhsil və yaradıcılıq sahələrində bacarıqlarını kəşf etməyə və inkişaf etdirməyə kömək edən onlayn öyrənmə platformasıdır. Sözügedən onlayn platforma “Gənclər sektorunda rəqəmsal transformasiya – Vişeqrad ölkələrinin təcrübəsi” layihəsi çərçivəsində hazırlanmışdır və Vişeqrad ölkələrinin təcrübəli təşkilatları ilə əməkdaşlıq edərək Azərbaycanda gənclər təşkilatlarının və gənclərin rəqəmsal öyrənmə resurslarının artırılmasını hədəfləyir. Layihənin birinci mərhələsi 2022-ci ildə başa çatdırılmışdır. Hal-hazırda "Vişeqrad ölkələrinin təcrübəsi ilə "Digiuth" onlayn öyrənmə platformasının inkişaf etdirilməsi" adlı layihənin ikinci mərhələsi həyata keçirilməkdədir. Bu mərhələdə daha 8 onlayn kursun hazırlanıb platformada istifadəyə verilməsi nəzərdə tutulub. Sözügedən layihə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” ictimai birliyi tərəfindən kordinasiya olunur və Çexiya, Macarıstan, Polşa və Slovakiya hökumətləri tərəfindən idarə edilən Beynəlxalq Vişeqrad Fondunun “Vişeqrad Qrantları” vasitəsilə maliyyələşdirilir. Fondun əsas missiyası Mərkəzi Avropada davamlı regional əməkdaşlıq üçün ideyaları təşviq etməkdən ibarətdir.