Əhəd Kazımov

Təlimçi

Bio

Əhəd Kazımov bakalavr təhsilini Bakı Dövlət Universiteti Psixologiya ixtisası, magistr təhsilini isə Edmund Muskie Təqaüd Proqramı ilə İndiana Universitetində (Indiana University) Dövlət və İdarəçilik ixtisası üzrə üzrə almışdır. Azərbaycan Psixoloqlar Assosiasiyasının və Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliklərin həmtəsisçisidir. O, dəfələrlə yerli və beynəlxalq konfranslarda liderlik, vətəndaş cəmiyyəti, xeyriyyəçilik və korporativ sosial məsuliyyət mövzularında təqdimatlar etmiş, 2009-cu ildən bəri korporativ sosial məsuliyyət, vaxtın idarəedilməsi, komanda quruculuğu, liderlik, şəbəkələşmə və peşə bacarıqları kimi müxtəlif mövzular üzrə təlimlər həyata keçirmişdir. Son 3 ildə Davamlı inkişaf və Yaşıl bacarıqların inkişafı ilə bağlı mövzularda mütəmadi olaraq tədqiqat və təlimlər keçirir. Həmçinin, o, EU4Energy və EU4Climate proqramları çərçivəsində “Ətraf Mühit və Davamlı Enerji” sahəsində öz layihələrini həyata keçirmişdir. Hal-hazırda Xırdalan bələdiyyəsində Beynəlxalq əlaqələr və Layihələr şöbəsinin rəisi vəzifəsində çalışır. Xırdalan şəhəri üçün Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi sahəsində işci qrupunun üzvüdür.

Əhəd Kazımov
Sosial medialar