Səmra Nəbizadə İqtisad universiteti Biznesin idarə edilməsi (sabah qrupları) və Xəzər universiteti Təhsil sahələrinin idarə edilməsi ixtisasları məzunudur. Universitet illərindən bir çox təlim və konfranslarda iştirak etmişdir. 5 il müddətinə ali təhsil müəssisələrinin birində “Təhsilin Elektron idarə edilməsi” sahəsində mütəxəssis vəzifəsində çalışmış, eyni zamanda “Əməyin sosiologiyası” fənnini tədris etmişdir. Digiuth platforması üçün “Effektiv liderliyin əsasları” adlı video dərslik hazırlamışdır.