Allahverdi Əliyev bakalavr təhsilini ADA universiteti Kompüter Elmləri ixtisası üzrə almışdır. 6 ildən çox satış və rəqəmsal marketinq sahəsində təcrübəyə malikdir. Hazırda, Mzad Qatar-da Aparıcı Rəqəmsal Marketinq Mütəxəssisi olaraq peşəkar fəaliyyətini davam etdirir. Allahverdi Əliyev SEO, SEM, Sosial Media Reklamları və Marketinq Strategiyaları üzrə dərin biliklərə malikdir. O, həmçinin SABAH.HUB-da Məhsul Sahibi olaraq fəaliyyət göstərir. Daha öncə, Crimson Education-da Regional Marketinq Koordinatoru olaraq hər ay 400-dən çox reklam kampaniyası həyata keçirmişdir. Allahverdi Əliyev bir çox startaplar üzərində çalışmış, Bookshifa adlı startapın həmtəsisçilərdindən biri olmuşdur. Hazırda o, həmçinin Div Academy-də Rəqəmsal Marketinq Təlimçisi kimi fəaliyyət göstərir.