Nisa Əbülhəsənova bakalavr dərəcəsini Azərbaycan Dövlət İqtisad Universitetində, magistr dərəcəsini Azərbaycan Neft və Sənaye Universitetində almışdır. 2014-ci ildən peşəkar əmək fəaliyyətini davam etdirməkdədir. Maliyyə, bank fəaliyyəti, layihələrin idarə olunması, insan resursları sahələrində zəngin təcrübəyə malikdir. Hazırda PASHA Group-a daxil olan PashaPay MMC-də İnsan resursları üzrə Biznes tərəfdaş olaraq fəaliyyət göstərir, eyni zamanda aktiv Karyera məsləhətçisi və HR üzrə blog müəllifi kimi tanınır.