Jalə Rzayeva

Təlimçi

Bio

Jalə Rzayeva bakalavr təhsilini Azərbaycan Dillər Universitetində Tərcümə və Mədəniyyətşünaslıq ixtisası, magistr təhsilini isə ADA Universitetində Diplomatiya və Beynəlxalq Əlaqələr ixtisası üzrə almışdır. Daha öncə Xəzər Universiteti, “Evidence for Solutions” şirkəti, Avrasiya Əməkdaşlıq Fondu kimi təşkilatlarda layihələrin koordinasiya edilməsi ilə yanaşı, onların fəaliyyətlərinin işıqlandırılması, kontentlərin yazılması və media ilə paylaşılması üzrə təcrübə qazanmışdır. O, artıq iki ilə yaxın bir müddətdir, beynəlxalq təşkilatların birində Media və Kommunikasiya üzrə məsul şəxslərdən biridir. Həm işi ilə bağlı, həm də şəxsi bloqunda müxtəlif məzmunlu kontentlər yaradan, videolar hazırlayan Jalə izləyənlərin ilkin anlayışlara sahib olmağı məqsədilə “Digiuth” platforması üçün “Media və Kommunikasiyaya Giriş” adlı video dərslik hazırlamışdır.

Jalə Rzayeva
Sosial medialar