Təngiz Əlizadə

Təlimçi

Bio

Təngiz Əlizadə hazırda ADA Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr təhsili alır. Təngiz bəyin aldığı təhsil nəticəsində “Front-End Development”-ə olan marağı daha da artıb və HTML, CSS, JS üzrə öz bacarıqlarını daha da inkişaf etdirib. Təngiz Əlizadə layihəmiz çərçivəsində beynəlxalq ekspertlər tərəfindən “Delve into the World of IT” və “Build Your Own Websit” mövzularında təlimlər keçib və Digiuth platforması üçün “HTML” ilə proqramlaşdırmaya giriş adlı onlayn təlim kursu hazırlamışdır. Təngiz Əlizadənin “Digiuth” layihəsinə qoşulmasının əsas səbəbi veb sayt qurma üzrə olan bilik və bacarıqlarını inkişaf etdirmək və bu işə həvəsi olan digər insanlara dəstək olmaqdan ibarətdir. “Digiuth”komandası tərəfindən təşkil edilən 2 həftəlik təlimlərə qatılaraq Təngiz Əlizadə öz bilik və bacarıqlarını daha da artırmağa nail olub. Hazırladığı materialların digər insanlara “Front-End” proqramlaşdırmanı geniş və detallı şəkildə izah edəcəyini və insanların bu məlumatlardan istifadə edərək yeni bilik və bacarıqlara yiyələnəcəyini düşünmək onu həyəcanlandıran əsas məqamlardan biridir. O, gələcəkdə “Diguth”un Azərbaycanın gəncləri üçün yaradacağı fürsətləri səbirsizliklə gözləyir.

Təngiz Əlizadə
Sosial medialar