Fidan Əhmədli

Təlimçi

Bio

Fidan Əhmədli 2015-ci ildə Akademik Zərifə Əliyeva adına liseyden məzun olmuşdur. O, ADA Universitetinin Kompüter Mühəndəsliyi fakültəsi məzunudur. 2019-cu ildə Erasmus+ proqramında iştirak etmə haqqı qazanmış və həmin proqram çərçivəsində yanvar-may ayları ərzində 1 semestr boyunca İstanbul Şehir Universitetində təhsilini davam etdirmişdir. 2018-ci ildə Amerikanın MIT Universitetinin Azərbaycanda keçirdiyi “Global Startup Lab” proqramınında iştirak haqqı qazanaraq, MIT tərəfindən təşkil olunan 6 həftəlik startup təlimlərində iştirak etmişdir. Fidan, “Oracle Certified Associated” daxil olmaqla, bir çox sertifikatların sahibidir. Universitet illəri boyunca “Azersun Holding”, “TelecomInvest” şirkətləri daxil olmaqla bir çox təcrübə proqramlarında iştirak etmişdir. 2020-ci ilin Sentaybr ayından etibarən “Azerconnect” MMC-də IT Korperativ platformaları üzrə mütəxəssis olaraq fəaliyyət göstərir. Fidan Digiuth platforması üçün “SQL-ə Giriş” video dərsləri hazırladı və bunun İT dünyasına qədəm qoyan gənclər üçün faydalı olacağına ümid edir.

Fidan Əhmədli
Sosial medialar