Reyhanə Əbdüləzizova

Təlimçi

Bio

Reyhanə Əbdüləzizova bakalavr dərəcəsini İqtisad Universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə alıb. O, həmçinin Polşanın Varşava şəhərində İqtisadiyyat və İnsan Elmləri Universitetində Biznes və Strateji İdarəetmə üzrə magistr dərəcəsinə malikdir. Hazırda Macarıstanda “Baker Hughes” şirkətində fəaliyyət göstərir. Reyhanə xanım daim özünü inkişaf etdirir və peşəkar inkişaf üçün yeni yollar axtarır. O, həmçinin öz biliklərini başqaları ilə bölüşməkdən zövq alır. Reyhanə xanım layihəmiz çərçivəsində beynəlxalq ekspertlərimiz tərəfindən “İşgüzar ünsiyyətin idarə edilməsi” və “Mobil marketinqin əsasları” mövzularında təlim keçib və Digiuth platforması üçün “Mobil Marketinqin əsasları” adlı onlayn təlim kursu hazırlamışdır.

Reyhanə Əbdüləzizova