Etibar Xıdırov

Təlimçi

Bio

Etibar Xıdırov Xəzər universitetinin İqtisadiyyat və Menecment fakültəsi məzunudur. Universitet illərindən ölkədə həyata keçirilən bir çox böyük forum və tədbirlərdə könüllü və könüllülər üzrə koordinator kimi fəaliyyətləri olub. Bundan əlavə, bir çox sosial layihələrin aktiv iştirakçısı və təşkilatçılarından biri olmuşdur. Sosial layihələrdə iştirak onda daha sonra sosial sahibkarlığa maraq oyatmış və bu sahə üzrə maraqlanmağa və araşdırmalar etməyə başlamışdır. Elə ilk karyerasına da 4-cü kursda təhsil alarkən Sosial Sahibkarlıq Modeli əsasında fəaliyyət göstərən ölkənin ilk kraudfandinq platforması Toxum.org-da layihələr üzrə menecer kimi başlamışdır. Etibar sosial sahibkarlıqla tanış olduqdan sonra bu sahədə çalışmaqdan zövq aldığının həmçinin, bu sahənin şəxsi dəyərləri ilə üst-üstə düşdüyünün fərqinə vardı. Nəhayət, 2022-ci ildə Etibar özünün bu məqsədini reallaşdırdı. Ölkədə olan sosial və sosial sahibkarlıq layihələrinin resurs ehtiyacını qarşılamaqda onlara dəstək olacaq “Dəstəkçi” (Destekchi.org) Sosial Sahibkarlıq Platformasını qurdu. Etibarın gələcək planları Azərbaycanda yeni inkişaf etməyə başlayan sosial sahibkarlıq sahəsi üzrə bacardığı qədər öz töhfəsini vermək və bu sahəyə başlamaq istəyənlərə dəstək olmaqdır. Azərbaycandakı sosial sahibkarlıq ilə maraqlananlara töhvə vermək üçün Digiuth proyekti çərçivəsində “Sosial sahibkarlığın əsaslar” adlı video dərslik hazırlamışdır.

Etibar Xıdırov