Layihə koordinatoru

Bio

Seyran Əliyeva bakalavr təhsilini Bakı Dövlət Universiteti Şərqşünaslıq ixtisası, magistr təhsilini isə Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası üzrə almışdır. O, layihələrin idarə edilməsi və gənclərlə iş sahəsində müxtəlif təcrübəyə malikdir. 2023-cü ildə ali təhsil sahəsində fəaliyyət göstərən "Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan" İctimai Birliyinə layihələr üzrə koordinator rolunda qoşulmuş, hal-hazırda birlikdə Layihələr üzrə Menecer və ölkə üzrə idarə heyətinin üzvü olaraq fəaliyyət göstərir. Bir sıra yerli və beynəlxalq layihələrin iştirakçısı olmuş, həmçinin beynəlxalq və yerli qrantlı layihələrin idarəedilməsini üstlənmişdir. Hazırkı vəzifəsində o, həm milli, həm də beynəlxalq layihələrin yazılması, təşəbbüsləri icra etmək, mədəniyyətlərarası əməkdaşlığı, beynəlxalq mübadilə proqramlarını və xaricdə könüllülük fəaliyyətini təşviq etmək və təhsil imkanlarını genişləndirmək üzrə məsuliyyət daşıyır. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (NAM Youth Organisation) layihələrin idarə edilməsi sahəsində peşəkar fəaliyyətini davam etdirir. "Digiuth” Onlayn Təlim Platforması layihəsinin koordinatorudur.

Sosial medialar