Layihə koordinatoru

Bio

Kübra Rəsul ADA Universitetinin Biznesin İdarə Edilməsi fakültəsinin məzunudur. 2022-ci ildə "Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan" ictimai birliyinə layihə meneceri rolunda qoşulmuş, bir il yarım layihələr və tədbirlər komitəsinin meneceri vəzifəsini üstlənmişdir. Layihələr və tədbirlər komitəsinin meneceri olduğu müddətdə o, “Erasmus+ Students and Alumni Alliance” qrantı, "Green Erasmus - Local Activities"  qrantı kimi beynəlxalq qrantlar başda olmaqla, həmçinin çoxsayılı yerli qrant layihələri yazıb, idarə etmişdir. O, 2023-cü ilin noyabr ayından etibarən şəbəkənin Azərbaycan üzrə prezidenti və idarə heyətinin üzvü olaraq fəaliyyətinə davam edir. Bu rolda o, milli və beynəlxalq təşəbbüsləri idarə edir və mədəniyyətlərarası əməkdaşlığı təşviq etmək, Azərbaycan gəncləri üçün beynəlxalq təhsil və təcrübə imkanlarını təşviq etməkdən məsul olan dinamik “ESN Azerbaijan” komandasına rəhbərlik edir. Eyni zamanda Facility Management Group şirkətində marketinq sahəsində peşəkar fəaliyyətini davam etdirir.

Sosial medialar