Bio
Heydər Rzayev 2020-ci ildə ADA Universitetinin bakalavr üzrə beynəlxalq münasibətlər ixtisasını bitirmişdir. Erasmus Mundus təqaüdçüsü olaraq "Education Policies for Global Development (GLOBED)" proqramında magistratura təhsili almışdır. "Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan" İctimai Birliyinin İdarə Heyətinin üzvüdür. Təşkilatda fəaliyyətdə olduğu müddətdə o, "Erasmus+ Students and Alumni Alliance" və " International Visegrad Fund" kimi donorlar tərəfindən elan olunmuş qrant müsabiqələri üçün layihə təkliflərinin yazılmasında və həyata keçirilməsində iştirak etmişdir. Heydər Rzayev Azərbaycan Respublikasının Təhsil İnstitutu və Təhsildə Keyfiyyət Təminatı Agentliyində çalışmışdır. Hal-hazırda ali təhsildə keyfiyyət təminatı sahəsində peşəkar fəaliyyət göstərir. Heydər Rzayevin Digiuth layihəsində fəaliyyət göstərməkdə əsas məqsədi Azərbaycan gənclərinin xüsusilə də bölgələrimizdə yaşayan gənclərin əlavə/məktəbdənkənar təhsil və təlimə çıxışını artırmaqdır. O, inanır ki, Digiuth öz məqsədinə çatacaq və Azərbaycan gənclərinin şəxsi inkişafında böyük rol oynayacaqdır.