Layihə rəhbəri

Bio

Əli Tağıyev ADA Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili almışdır. Bakalavr təhsili müddətində Litva Respublikasında yerləşən Vitatus Maqnus Universitetində mübadilə proqramında iştirak etmişdir. Əli Tağıyev 2019-cu ildən təhsil və gənclər sektorlarındada fəaliyyət göstərir, “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” ictimai birliyinin sədridir. O fəaliyyəti ərzində bir sıra yerli və beynəlxalq layihələrin, tədbirlərin həyata keçirilməsinə rəhbərlik etmiş, eləcə də,  bir çox beynəlxalq layihələrin iştirakçısı olmuşdur. Əli Tağıyev ADA Universitetində daxili tədqiqat təqaüdü proqramı (Graduate Assistantship)  çərçivəsində “Dövlət idarəetməsi” ixtisası üzrə magistr təhsili alıb. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ Azerbaijan), British Council Azerbaijan, Azərbaycan Respublikasının Təhsil İnsititutu kimi qurumlarda əmək fəaliyyəti ilə məşğul olub. Hal-hazırda təhsil sahəsində peşəkar fəaliyyət göstərir. "Digiuth” onlayn təlim platforması layihəsinin rəhbəridir. Onun bu layihəyə rəhbərlik etməkdə əsas hədəfi məsafədən qeyri-formal təhsili ölkəmizdə hər bir gənc üçün əlçatan etməkdən ibarətdir.

Sosial medialar