Nizaməddin İsrafilli

Proses Avtomatlaşdırma və Elektronika

Bio

Nizaməddin İsrafilli Bakı Ali Neft Məktəbində Proseslərin Avtomatlaşdırılması mühəndisliyi üzrə təhsil alır. O, elektrik və elektronika mühəndisliyi, avtomatlaşdırma sistemləri, proqram təminatı sahələrində dərin bilik və təcrübəyə malikdir. O, SOCAR ITRI, Sentra QSC, "Azərsu" ASC, Emerson və SOCAR-KBR kimi nüfuzlu şirkətlərdə proseslərin optimallaşdırılması, mühəndislik həllərinin tətbiqi kimi sahələrdə biliklərini təkmilləşdirmişdir. Bundan əlavə, layihələrin idarəedilməsi, startup və stem kimi müxtəlif sahələrdə də güclü bacarığa malikdir. Layihə meneceri olduğu "Miras" adlı sosial sahibkarlıq layihəsini idarə edərək, fiziki məhdudiyyətləri olan şəxslərin əl işlərinin tanıdılması və satışını təşkil etmişdir. Sözügedən layihə, Microsoft for Startups Founders Hub proqramına qəbul edilmiş və “Schlumberger Sustainable Impact” mükafatına namizəd göstərilmişdir. O, həmçinin AgroSolarSync və Urban Mobility Hub adlı startap layihələri üzərində işləmişdir. AgroSolarSync layihəsi günəş enerjisindən istifadə edərək, kənd təsərrüfatında enerji səmərəliliyini artıran sistemlərin yaradılmasını, Urban Mobility Hub isə şəhər nəqliyyatında davamlılıq və əlçatanlıq üçün xüsusi qovşaqların yaradılmasını nəzərdə tutur. Bu layihə, həmçinin, Ifest İnnovasiya və Texnologiyalar Festivalında yer almışdır. O, Python, C, C++ və MATLAB kimi proqram dillərindən istifadə edərək, Arduino əsaslı layihələr üzərində işləmiş və real rejimdə günəş panellərinin monitorinq sistemi layihəsi ilə beynəlxalq konfransda birinci yeri qazanmışdır. Nizaməddin İsrafilli Digiuth platformasında “Proses Avtomatlaşdırma və Elektronika” sahəsi üzrə mentordur. Onun əsas məqsədi texnologiya və mühəndislik sahələrində gənclərin inkişafına dəstək olmaq, cəmiyyətə töhfə vermək və Azərbaycanda davamlı inkişaf layihələrini dəstəkləməkdir.

Nizaməddin İsrafilli
Sosial medialar