Nərmin İbadova

Mental Sağlamlıq

Bio

Nərmin İbadova Xəzər Universitetinin Psixologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. O, təhsil müddətində psixologiyanın müxtəlif sahələrində dərin biliklərə yiyələnmiş və öz sahəsi üzrə geniş təcrübə toplamışdır. Təhsil illərində bir çox təlim və təcrübə proqramlarında iştirak edərək, elmi araşdırmaların hazırlanmasında mühüm rol oynamışdır. Xüsusilə, uşaq və yeniyetmə psixologiyası sahələrinə dair xüsusi fəaliyyətləri və peşəkar yanaşması ona bu sahədə əhəmiyyətli təcrübə qazanmağa imkan vermişdir. O praktiki fəaliyyəti zamanı uşaqlar, yeniyetmələr və onların valideynləri ilə birbaşa iş aparmış, psixoloji dəstək və mentor kimi fəaliyyət göstərmişdir. Bundan əlavə, Nərmin İbadova Psixiatriya və Narkoloji mərkəzlərində təcrübəçi olaraq çalışmış və klinik psixologiya sahəsində dərin biliklərə sahib olmuşdur. Nərmin İbadova Digiuth platformasında “Psixoloji dəstək” üzrə mentordur. Onun mentor olaraq məqsədi gənclərə özünü tanıma, şəxsi inkişaf, stressin idarə edilməsi, və effektiv ünsiyyət kimi mövzularda dəstək verməkdir.

Nərmin İbadova
Sosial medialar