Kənan Yusifli

Şəxsi İnkişaf

Bio

Kənan Yusifli Azərbaycan Dövlət İqtisadiyyat Universitetində İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alır. O, 2 ildən çoxdur ki, gənclər sektorunda fəaliyyət göstərən peşəkar bir gənc kimi Ağstafa və Qazax şəhərlərində müxtəlif QHT-lərlə birlikdə çalışmış, həmçinin müxtəlif beynəlxalq və yerli layihələrdə həm iştirakçı, həm də lider mövqeyində iştirak edərək, gənclərlə iş sahəsi üzrə təcrübə qazanmışdır. Bundan əlavə, layihələrin idarəedilməsi, marketinq və qrafik dizayn kimi sahələrdə də güclü bacarığa malikdir.O, gender bərabərliyi və sülh quruculuğu sahələrinə də xüsusi maraq göstərir. Hazırda, BMT-nin qlobal həmrəylik hərəkatı olan HeForShe-nin Azərbaycan nümayəndəliyində Marketinq komandasının rəhbəri olaraq, 2 ildən çox fəaliyyətini davam etdirir. O, layihələrin təşkili və idarə olunması sahəsində ixtisaslaşmışdır. Hazırda layihələrin idarəedilməsi və kreativ sahədə peşəkar fəaliyyətini davam etdirir. Kənan Yusifli Digiuth Onlayn Öyrənmə Platformasında “Karyera və Şəxsi İnkişaf” sahəsində gənclərə mentorluq edir. Onun əsas məqsədi təcrübələrini gənclərlə paylaşmaq, onların bilik və bacarıqlarının inkişafına töhfə verməkdir.

Kənan Yusifli
Sosial medialar