Eyvaz Xeyrullayev

Karyera və Şəxsi İnkişaf

Bio

Eyvaz Xeyrullayev Atatürk Universitetinin İctimaiyyətlə Əlaqələr ixtisasi üzrə təhsil alır. O, 2017-ci ildən etibarən gənclərlə iş sahəsi üzrə fəaliyyət göstərir. Fəaliyyəti boyunca müxtəlif layihələrin həyata keçirilməsində iştirak etmiş və bir çox layihəyə rəhbərlik etmişdir. O, Azərbaycan Respublikasının Gənclər Fondu, Avrasiya Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş bir çox qrant layihələrdə rəhbər və layihə koordinatoru olaraq çalışmış, 2020-ci ildən etibarən təlimçi və karyera məsləhətçisi olaraq fəaliyyətini davam etdirməkdədir. Fəaliyyət illəri boyunca 1000-dən çox gəncə və 200-dən çox müəllimə təlim keçmiş, eyni zamanda da karyera məsələhətçisi olaraq 50-dən çox gəncin yoluna işıq tutmuşdur. 2022-ci ildən etibarən, daha əvvəl könüllülər üzrə məsul şəxs olaraq çalışdığı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyində Layihələr üzrə Mütəxəssis və Regional Koordinator vəzifələrini icra edir. Eyvaz Xeyrullayev Digiuth Onlayn Öyrənmə Platformasında “Şəxsi İnkişaf və Karyera Planlanması” sahəsində mentordur.. Onun əsas məqsədi gənclərin inkişafına töhvə vermək və onların potensiallarını kəşf etmələrinə, eyni zamanda layihələrin idarəedilməsi üzrə həvəsi və marağı olan gənclərə dəstək olmaqdır.

Eyvaz Xeyrullayev
Sosial medialar