Aydan Məmmədova

Mental Sağlamlıq

Bio

Aydan Məmmədova Xəzər Universitetinin Psixologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. O, psixologiya və gənclərlə iş sahəsində müxtəlif təcrübəyə malikdir. Aydan Məmmədova universitet illərindən müxtəlif yerli və beynəlxalq layihə və təlimlərdə iştirak edərək, psixologiya sahəsi üzrə zəngin təcrübə qazanmışdır. Eyni zamanda, bir çox təlim və seminarlarda iştirak edərək, o, həm nəzəri, həm də praktiki təcrübələr əldə etmişdir. Respublika Psixiatriya Mərkəzi, Respublika Narkoloji Dispanseri və Gender Resurs Mərkəzi kimi bir çox müəssisədə müxtəlif həssas qrupdan olan insanlarla çalışaraq, mental sağlamlıq və psixopatologiyalar üzrə nəzəri və praktiki təcrübə qazanmışdır. O, “Qızlar Oxusun” layihəsində fəaliyyət göstərdiyi müddət ərzində 50-dən çox məktəbli və tələbə gənc qıza mentorluq etmiş və hazırda, gənclərlə iş sahəsində gənclərin mental sağlamlığı üzrə fəaliyyət göstərir. Aydan Məmmədova Digiuth platformasında “Psixi sağlamlıq” sahəsində mentor olaraq fəaliyyət göstərir. Onun əsas məqsədi Psixi sağlamlıq sahəsində təhsil alan və yeni başlayan gənclərə bacardığı qədər töhfə vermək və Azərbaycanda insanların psixoloji rifahının artırılmasına dəstək olmaqdan ibarətdir.

Aydan Məmmədova
Sosial medialar