Mirsadiq Muxtarov bakalavr təhsilini Xəzər universitetinin Psixologiya ixtisası üzrə universitet birincisi olaraq bitirmişdir. Universitet illərindən etibarən bir çox beynəlxalq akkreditasiyalardan keçmiş terapiyalar üzrə təlimləri uğurla tamamlamış, habelə müxtəlif psixopatologiyalar üzrə çoxsaylı təlim və seminarlarda aktiv iştirak etmişdir. Respublika Psixiatriya Mərkəzi, Respublika Narkoloji Mərkəzi və Psixi Sağlamlıq Mərkəzi kimi bir çox müəssədə uzun müddət nəzəri və praktiki təcrübə qazanmışdır. O, hal-hazırda Xəzər Universitetinin psixologiya departamentinin əməkdaşı, "Xəzər Psixoloji Xidmət Mərkəzi"nin psixoloqu olaraq fəaliyyət göstərməkdədir. Bütün bunlarla yanaşı, o, müxtəlif mövzularda tədqiqatlar aparmaqla fəaliyyətini davam etdirməkdədir. Mirsadiq Muxtarov Digiuth platformasında “Mental Sağlamlıq” üzrə mentordur. Onun mentor olaraq əsas məqsədi, Azərbaycanda psixi sağlamlıq mövzuları ilə bağlı məlumatlılığı artırmaq, şəxslərin psixoloji və emosional rifahının artırılmasına təşəbbüs göstərməkdir.