Rəna Məmmədova Xəzər Universitetində Kompüter Elmləri ixtisası üzrə təhsil alır. O, ixtisası üzrə bir çox layihə və proqramlarda aktiv şəkildə iştirak edərək, sistem inzibatçılığı, front-end proqramlaşdırma kimi sahələrdə bacarıqlarını təkmilləşdirmişdir. Həmçinin, Redhat Sistem Administratorluğu (linux) sahəsində Technest təqaüdünə layiq görülmüşdür. Təlim boyunca linux haqqındakı biliklərini təkmilləşdirərək, baza biliklərini gücləndirmişdir. Rəna Məmmədova, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə İsrailin Technion Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramda seçilən 60 nəfər iştirakçıdan biridir. O, Front-end proqramlaşdırma (HTML, CSS, Javascript, React.js), kimi texnologiyalardan istifadə edərək, veb-saytların hazırlanması ilə məşğul olur. Eyni zamanda, data science və kibertəhlükəsizlik sahəsində Python proqramlaşdırma dilinin fərqli kitabxanalarından istifadə edərək, müxtəlif proyektlər üzərində çalışır. Bundan əlavə, gənclərlə iş, copywriter və smm kimi müxtəlif sahələrdə də güclü bacarığa malikdir. Rəna Məmmədova Digiuth platformasında “Sistem İnzibatçılığı” və “Proqramlaşdırma” sahəsi üzrə mentordur. Onun əsas məqsədi əldə etdiyi təcrübə və biliklərlə gənclərin inkişafına töhfə verməkdir.