Zarina Nurieva

Mental Sağlamlıq

Bio

Zarina Nurieva bakalavr təhsilini Bakı Dövlət Universitetinin Psixologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda magistr təhsilini Böyük Britaniyanın Arden Universitetində Psixologiya ixtisası üzrə davam etdirir. O, Arden Universiteti tərəfindən təklif olunan “British Psychological Society” təşkilatının BPS akkreditasiyalı psixologiya dərəcəsi sertifikatına sahibdir. O, universitet illərindən psixologiya sahəsi üzrə bir çox layihə, tədbir və təlimlərdə iştirak etmişdir. Zarina Nurieva təhsil illərindən psixologiyanın müxtəlif sahələri üzrə bir sıra tədqiqatlar aparmış, hal-hazırda isə “Mind Wandering” ilə bağlı tədqiqat işi üzərində çalışır. O, “Mental Health America” və “National Institutes of Health” kimi mental sağlamlığa diqqət yetirən təşkilatlar tərəfindən həyata keçirilən beynəlxalq seminarlarında iştirak etmişdir. Bundan əlavə, “IDtech Academy”də emosional zəka, stress və təşviş, iş effektliyinin artırılması kimi mövzularda təlimlər keçmiş, hazırda isə gənclərə və ixtisasçılara müasir psixologiya və onun stiqmaları ilə bağlı təlimlər verir. Zarina Nurieva Digiuth platformasında “Mental Sağlamlıq” üzrə mentordur. Onun mentor olaraq məqsədi, gəncləri psixoloji qiymətləndirmə və terapiya metodları barədə məlumatlandırmaq, həmçinin onlara müxtəlif psixoterapiya yanaşmalarının tətbiqində dəstək olmaqdır.

Zarina Nurieva
Sosial medialar