Əfsanə Kərimli

Şəxsi inkişaf/ Təhsil

Bio

Əfsanə Kərimli bakalavr təhsilini Bakı Mühəndislik Universitetində Kimya Mühəndisliyi üzrə almışdır. Aktiv həyat tərzi, üzgüçülük, voleybol, sağlam qidalanma və insan davranışlarını dərindən araşdırmaq onun böyük maraq dairəsidir. Hazırda, Azərbaycanın ən yaxşı beynəlxalq məktəblərinin birində müəllim olaraq fəaliyyət göstərir. Artıq 3 ildən çoxdur ki, “Şəxsi İnkişaf və Təhsil” mövzusunda gənclərə mentor olaraq dəstək göstərir və onlara problemlərini həll etmək, yol göstərmək üçün istiqamət verir. Əfsanə Kərimli indiyə qədər 55-dən çox gəncə həm fərdi, həm də qrup şəklində dəstək göstərmişdir və hal-hazırda bu fəaliyyətini davam etdirir. Əfsanə Kərimli Digiuth Platformasında “Şəxsi İnkişaf və Təhsil” üzrə mentordur. Onun məqsədi gənclərə akademik istiqamətləndirmə, şəxsi inkişaf, mental sağlamlıq, işləmə qaydaları kimi mövzularda dəstək göstərmək, habelə onlara problemlərini həll etməkdə və suallarına cavab tapmaqda yardımcı olmaqdır.

Əfsanə Kərimli
Sosial medialar