Murad Süleymanov

Sahibkarlıq

Bio

Murad Süleymanov magistr təhsilini Qərbi Kaspi Universitetində Biznesin Təşkili və İdarəedilməsi üzrə almışdır. Universitet illərindən sahibkarlıq üzrə bir çox layihə, tədbir və təlimlərdə iştirak etmişdir. O, Polşa Universitetində, həmçinin müxtəlif istehsalat obyektlərinde sahibkarlıq üzrə təcrübələrə yiyələnmişdir. Sahibkarlıq üzrə çoxsaylı yerli və beynəlxalq layihələrdə iştirak onda sahibkarlığa daha da maraq oyatmış və bu sahə üzrə araşdırmalar etməsinə səbəb olmuşdur. Murad Süleymanov sahibkarlıq sahəsində fəaliyyət göstərən xarici dil kursunun idarəsi ilə məşğul olmuş, daha sonra isə tərcümə sahəsində fəaliyyət göstərən şirkətin təsisçisi olmuşdur. Uzun illər ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərdə və beynəlxalq təşkilatlarda müxtəlif vəzifələrdə çalışmış və hal-hazırda sahibkar olaraq əmək fəaliyyətini davam etdirməkdədir. Murad Süleymanov Digiuth platformasında “Sahibkarlıq” üzrə mentordur. Onun mentor olaraq əsas məqsədi Azərbaycanda sahibkarlıq sahəsində inkişaf etmək istəyənlərə dəstək olmaqdır.

Murad Süleymanov
Sosial medialar