Murad Abasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mexanika Mühəndisliyi ixtisası üzrə təhsil alır. O, layihələrin idarəedilməsi, startup, texniki komandaların rəhbərliyi və məhsul inkişafı sahələrində güclü bacarıqlara malikdir. Murad Abasovun layihələrin idarəedilməsi sahəsində zəngin təcrübəsi vardır. O, "Viveka Company Creation" proqramında komanda lideri kimi fəaliyyət göstərmiş və layihənin konseptdən prototipə qədər inkişafını idarə etmişdir. Öz ideyasını kənd təsərrüfatı problemləri və onların mühəndislik həlləri haqqında təqdim etmiş və nəticədə, 3 uğurlu startapdan biri seçilmişdir. O, həmçinin Avropa Komissiyasının təşkil etdiyi "DigiEduhack Hackathon" da komanda lideri olaraq fəaliyyət göstərmişdir. "Agile Project Management" və "Artificial Intelligence" kurslarını uğurla tamamlamışdır. 41 layihə arasında "Enterprise Azerbaijan" da seçilən 5 uğurlu layihədən birinə sahibdir. Hazırda "Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan" İctimai Birliyində Layihələr üzrə Koordinator olaraq fəaliyyət göstərir. O, Digiuth platformasında "Layihələrin İdarəedilməsi" üzrə mentordur. Muradın əsas məqsədi Azərbaycan gənclərinə layihə menecmenti üzrə dəstək vermək və onların bu sahədə uğur qazanmalarına kömək etməkdir.