Təvəkkül Hacıyev

.

Bio

Təvəkkül Hacıyev bakalavr təhsilini Dövlət Gömrük Komitəsi Akademiyasının İqtisadiyyat ixtisası üzrə almışdır. Bir sıra rəsmi tədbir və layihələrin iştirakçısı olmuş, həmçinin Startup üzrə bir sıra layihələrin təşkilatçısıdır. O, Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının “Enactus” milli yarışının təmsilçilərindən, eyni zamanda Enactus Dünya Kuboku simuliyasının finalçılarından biri olmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilmiş İdeya marafonunun qalibidir. Hal-hazırda DGKA-da “Suni İntellektin Tətbiqi” imkanları üzrə tədqiqat aparır, həmçinin Sosial Biznes layihələrinin təşkilatçılığını həyata keçirir. O, Peşə Təhsili üzrə Dövlət Agentliyində “WorldSkills Azerbaijan” layihəsində mentor kimi fəaliyyət göstərir. Təvəkkül Hacıyev Digiuth platformasında “Startup” üzrə mentordur. Onun əsas məqsədi Azərbaycanda Startup sahəsində inkişaf etmək istəyən gənclərə bacardığı qədər öz töhfəsini vermək və daha böyük uğurların qazanılmasında dəstək olmaqdır.

Təvəkkül Hacıyev
Sosial medialar