Könül Elyazova

.

Bio

Könül Elyazova Gəncə Dövlət Universiteti Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) ixtisası məzunudur. O, uzun müddətdir ki, “Gənclərlə İş” sahəsində aktiv fəaliyyət göstərir. O, müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edərək, “Gənclərlə İş” sahəsi üzrə təcrübə qazanmışdır. İllər ərzində iştirak etdiyi bir çox yerli və beynəlxalq layihələr onun gənclərin inkişaf prosesi üçün lazimi keyfiyyətləri, habelə liderlik, ünsiyyət, təqdimat, eləcə də yumşaq bacarıqlarını inkişaf etdirməsinə təkan vermişdir. Hazırda o, "Dear Erasmus" adlı instagram səhifəsi və YouTube kanalında gənclərin yerli və beynəlxalq layihələrdə iştirak fürsətlərini dəyərləndirmələri üçün mentorluq dəstəyi göstərir, həmçinin şəxsi və praktiki təcrübələrindən paylaşımlar edir. Yerli və beynəlxalq fürsətlərdən yararlanmaq istəyən yüzdən çox gəncə konsultasiya, həmçinin beynəlxalq layihələrə (Erasmus+ və ESC) müraciət prosesini öyrətmək məqsədli marafonlar təşkil edir. Könül Elyazova Digiuth platformasında “Gənclərlə İş” üzrə mentordur. Onun məqsədi yerli və beynəlxalq proqram və layihələrə (Erasmus+, ESC və s.) gedən yolda çətinlik çəkən gənclərə dəstək göstərməkdir.

Könül Elyazova
Sosial medialar