Bahar Məmmədova

Şəxsi İnkişaf

Bio

Bahar Məmmədova Xəzər universitetində Humanitar və Sosial Elmlər fakültəsi üzrə təhsil almışdır. O, bir çox beynəlxalq layihə və tədbirlərin iştirakçısı olmuş, habelə Azərbaycanda özünü təsdiqləmiş bir sıra layihələrdə mentor və konsultant kimi çalışmışdır. Hal-hazırda böyük şirkətlərin birində İş və Korporativ Sosial Məsuliyyət departamentində fəaliyyət göstəririr. İllərdir ki, Addım.at layihələrində (Kreşendo, Check up və s.) mentor olaraq aktiv fəaliyyət göstərir. O, 2023-cü ildə Checkup layihəsində həm konsultant, həm də mentor olaraq fəaliyyət göstərmişdir. Artıq 2 ildir ki, Əlaçı layihəsində çalışır, həmçinin kouçinqlə məşğul olur. Müxtəlif vəzifələrdə (mentor, supervayzer) zəngin təcrübəsi olsa da, eyni zamanda layihə meneceri olaraq fəaliyyət göstərmişdir. Bahar Məmmədova “ADLER Kouçinq” proqramını tamamlayaraq, Beynəlxalq Kouçinq Federasiyası (ICF) tərəfindən təsdiqlənən sertifikata sahibdir. Hazırda aktiv olaraq kouçinq sahəsində fəaliyyət göstərir. Bahar Məmmədova Digiuth platformasında “Şəxsi İnkişaf” üzrə mentordur. Onun əsas məqsədi gənclərin həyatına toxunaraq, cəmiyyətimizin inkişafında rol ala bilmələrinə, gənclərin inkişafına və potensiallarını kəşf etmələrinə dəstək olmaqdır.

Bahar Məmmədova
Sosial medialar