Günel Qardaşova təhsil və təlim sahəsində güclü keçmişi olan, təşkilati inkişafa təkan vermək üçün çalışan və artıq 5 ildən çoxdur ki, gənclər sektorunda fəaliyyət göstərən bir peşəkardır. Günel mentor və təlimçi olaraq, gənclərin öyrənmələrinə və inkişaflarına töhvə verməyə çalışır. O, Azərbaycanın öndə gələn təşkilatlarında “Baş Katib” və “Təcrübə Proqramı Rəhbəri” olaraq çalışdığı dönəmdə, həm də beynəlxalq layihələrdə iştirak etmə və gənclərlə işi daha dərindən öyrənmə şansı qazanmışdır. Bu müddət ərzində, beynəlxalq təlimçilərdən (alman, gürcü, italyan) öyrənmə, habelə yerli mentorlardan dəstək alma fürsəti qazanmışdır. İndi isə onlardan aldığı estafeti yerli gənclərə ötürmək üçün çalışır. O, xarici könüllülərlə başlayan mentorluq fəaliyyətini ölkəmizin gəncləri üçün şəxsi inkişaf mentoru olaraq davam etdirir. Günel Qardaşova Digiuth platformasında “Şəxsi İnkişaf” üzrə mentordur. Onun mentor olaraq məqsədi gənclərin inkişafları üçün çıxdıqları yolda uğur qazanmaları və məqsədlərinə nail olmaları üçün dəstək olmaqdır.