Səma Davudova

HR Psixoloq

Bio

Səma Davudova bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində Psixologiya ixtisası üzrə almışdır. Təhsil müddətində gənclərin psixologiyası, koqnitiv psixoterapiya və FACS (Üz Mimika Kodlaşdırma Sistemi) kurslarını fərqlənmə ilə bitirmişdir. O, Unicef, Azərbaycan Gənclər Fondu tərəfindən təşkil olunmuş layihələrdə, habelə beynəlxalq tədbirlərdə və milli forumlarda iştirak edərək, gənclərlə iş və onların motivasiyasını artırmaq üzrə əhəmiyyətli təcrübə əldə etmişdir. Son iki ildir ki, HRcell şirkətində Təşkilati (HR) psixoloq kimi fəaliyyət göstərir. Bu müddət ərzində insanların psixoloji rifahını artırmaq və iş mühitində pozitiv dəyişikliklər yaratmaq üçün müxtəlif proqramlar həyata keçirmişdir. Səma Davudova insanların xarakterinə uyğun rolları müəyyən etmək və onların özlərini daha yaxşı tanımalarına kömək etmək sahəsində təcrübələrə sahibdir. Hazırda fəaliyyət istiqamətləri arasında işçi məmnuniyyəti və motivasiya strategiyalarının tətbiqi, işçilərin seçimi və yerləşdirilməsi proseslərinin psixoloji əsaslarla idarə edilməsi, liderlik, ünsiyyət bacarıqları və stressin idarə olunması kimi mövzularda təlimlər keçirilməsi yer tutur. Səma Davudova Digiuth platformasında “HR Psixoloq” üzrə mentordur. Onun mentor olaraq məqsədi, gənclərin özlərini kəşf etmələrinə kömək etmək və onların xarakterinə uyğun işləri müəyyənləşdirərək bu sahələrdə uğur qazanmalarına dəstək olmaqdır.

Səma Davudova
Sosial medialar