Bənövşə Məhərrəmova

Texnologiya

Bio

Bənövşə Məhərrəmova bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Mexatronika və Robototexnika mühəndisliyi ixtisası üzrə almışdır. O, Frontend development sahəsi üzrə ixtisaslaşmış mütəxəssisdir. Hal-hazırda, Vivisolis şirkətində Frontend Developer olaraq fəaliyyət göstərir. O, HTML, CSS, JavaScript, ReactJS və SASS kimi texnologiyalardan istifadə edərək, istifadəçi dostu və responsiv veb tətbiqləri inkişaf etdirir. Bundan əvvəl, AzeRobot Robototexnika Tədris Mərkəzində CRM menecer olaraq sistemlərin effektivliyini artırmaq üçün strateji həllər inkişaf etdirmiş, habelə robototexnika və proqramlaşdırma üzrə Robototexnika mentor kimi fəaliyyət göstərmişdir. Bənövşə Məhərrəmova Digiuth platformasında “Frontend development və Robototexnika” üzrə mentordur. Onun əsas məqsədi texnologiya və robototexnika sahəsində təcrübələrini gənclərlə paylaşmaq, onların bilik və bacarıqlarının inkişafına töhfə verməkdir.

Bənövşə Məhərrəmova
Sosial medialar