Məryəm Məmmədli

Media və Kommunikasiya

Bio

Məryəm Məmmədli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Biznesin İdarəedilməsi ixtisası üzrə alır. O, ictimaiyyətlə əlaqələr, media və kommunikasiya sahəsində geniş təcrübəyə malikdir. O, müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edərək, gənclərlə iş sahəsində dəyərli təcrübə toplamışdır. Məryəm Məmmədli 2023-cü ildə Qahirədə keçirilən "Nasser Beynəlxalq Liderlik Proqramı" - da iştirak edərək, Azərbaycanı təmsil etmişdir. O, həmçinin Azərbaycanda beynəlxalq təşkilatlarda fəaliyyət göstərərək, müxtəlif vəzifələrdə fəaliyyət göstərmiş və tədbirlərin təşkilində və həyata keçirilməsində rol almışdır. 2024-cü ildən etibarən, o, "Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan" İctimai Birliyində vitse kommunikasiya meneceri olaraq fəaliyyət göstərir. Hal-hazırda "Qoşulmama Hərəkatı Gənclər Təşkilatı"-da (NAM Youth Organization) İctimaiyyətlə Əlaqələr departmenti üzrə əməkdaş olaraq fəaliyyət göstərir. Onun əsas məqsədi Azərbaycanda media, kommunikasiya və ictimaiyyətlə əlaqələr sahəsində gənclərə bacardığı qədər öz töhfəsini vermək və bu sahəyə marağı olanlara dəstək olmaqdır.

Məryəm Məmmədli
Sosial medialar