Seyran Əliyeva Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və Diplomatiya ixtisası üzrə təhsil almışdır. O, layihələrin idarə edilməsi və gənclərlə iş sahəsində müxtəlif təcrübəyə malikdir. Müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edərək, gənclərlə iş sahəsi üzrə təcrübə qazanmışdır. 2023-cü ildə beynəlxalq layihə çərçivəsində Türkiyədə məcburi köçkünlərlə iş üzrə çalışmışdır. O, hazırda ali təhsil sahəsində fəaliyyət göstərən "Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan" İctimai Birliyində Layihələr üzrə Menecer və ölkə üzrə idarə heyətinin üzvü olaraq fəaliyyət göstərir. Bir sıra yerli və beynəlxalq layihələrin iştirakçısı olmuş, həmçinin beynəlxalq və yerli qrantlı layihələrin idarəedilməsini üstlənmişdir. Hazırkı vəzifəsində o, həm milli, həm də beynəlxalq layihələrin yazılması və icra edilməsi, mədəniyyətlərarası əməkdaşlığı və beynəlxalq mübadilə proqramlarını təşviq etmək və təhsil imkanlarını genişləndirmək üzrə məsuliyyət daşıyır. Hal-hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (NAM Youth Organisation) layihələrin idarəedilməsi sahəsində peşəkar fəaliyyətini davam etdirir. Seyran Əliyeva Digiuth platformasında “Layihələrin idarəedilməsi” sahəsində mentor olaraq fəaliyyət göstərir. Onun əsas məqsədi bu sahəyə həvəsi olanlara dəstək olmaq və gənclərə bacardığı qədər öz töhfəsini verməkdir.