Kurs haqqında
Bütün dünyada şirkətlər və istehlakçılar davamlılığın əhəmiyyətini dərk etməyə və ona daha çox diqqət yetirməyə başlayırlar. İstehlakçılar ekoloji və ya sosial baxımdan şüurlu markalara (brendlərə) daha çox güvəndiklərini etiraf edirlər. İqtisadi cəhətdən səmərəli, sosial məsuliyyətli və ekoloji cəhətdən təmiz olan biznes təcrübəsi adətən davamlı hesab olunur. İnkişaf strategiyasının əsas elementləri kimi sosial məsuliyyətli və ekoloji cəhətdən sağlam təcrübələri daxil edən şirkətlər çox vaxt davamlı iqtisadi dəyərlər yaradırlar. Bu kursda müxtəlif terminlər, anlayışlar və şirkətlər üçün davamlı təcrübə nümunələri haqqında məlumat verəcəyik. Əgər siz artıq bir şirkətdə işləyirsinizsə və ya biznes sektorunda işə başlamaq istəyirsinizsə, bu məlumat sizin üçün faydalı olacaq. Kursda əldə olunan məlumat sizə şirkətinizdə davamlılıq ideyalarını təbliğ etməyə kömək edəcək. Ondan əlavə ətrafınızdakı müxtəlif biznes sahələrdə olan mütəxəssislər arasında davamlı biznes təcrübələrini təşviq etmək üçün sizi motivasiya edəcəkdir.
Ümumi məlumat
  • Təlimçinin adı: Əhəd Kazımov
  • Kurs müddəti:
  • Kursun dili: Azərbaycan
  • Dərs sayı:
  • Fəsil sayı:
Rəylər