Kurs adı
Kurs mahiyyət etibarilə “Şəxsi Brendinq” haqqında anlayışı yaradır və istənilən məhsul, xidmət, ideyası olan şəxsi bir brend kimi tanıtmağa kömək edən resurslarla tanış edir. Kurs daxilində qeyd olunan hər bir element sizə özünüzü düzgün şəkildə anlamağa və öz imkanlarınızdan maksimal dərəcədə faydalı şəkildə istifadə etməyə imkan yaradır. Ünsiyyət, natiqlik bacarığı, komanda daxilində iş, liderlik, layihənin özünü ərsəyə gətirərkən nəzərə alınmalı olan bütün məqamlar kurs daxilində qeyd olunmuşdur. Kursu tədris edən təlimçinin nümunə gətirdiyi şəxsi nümunələrindən istifadə edərək, həm local, həm də qlobal təcrübədən yararlana biləcəksiniz. Kursda olan məlumatları daha dərindən öyrəndikcə öz işinizi, öz məhsul, xidmət və ideyanızı daha böyük kütlələrə təsirli bir şəkildə çatdıra biləcəksiniz.
Ümumi məlumat
-
Təlimçinin adı:
Coşqun Kərimov
-
Kurs müddəti:
81
-
Kursun dili:
Azərbaycan
-
Dərs sayı:
20
-
Fəsil sayı:
4