Kurs adı
Cəmiyyətimizdə və dünyada sosial problemlərə yenilikçi və effektiv həll yollarını necə yarada bilərik? Bu kursda biz bu suala sosial sahibkarlıq üzərindən cavab tapmağa çalışacağıq. Kursda siz sosial sahibkarlıq anlayışı ilə tanış ola və bundan istifadə edərək cəmiyyətdə mövcud olan sosial problemləri necə həll etmək barədə ilkin məlumatlar öyrənəcəksiniz. Sosial sahibkarlıq sosial dəyişiklik yaratmaq imkanlarının aşkar edilməsini və davamlı istifadəsini təsvir edir. Biz sizi real sosial sahibkarlığın nümunələri ilə tanış edəcəyik və sosial və ya ətraf mühit problemlərini həll etmək üçün problemi necə müəyyənləşdirməyi, kontekstual reallıqları başa düşməyi, həll yolu hazırlamağı və effektiv tətbiqini planlaşdırmağı öyrənəcək və sosial biznesin yaradılması prosesində atılmalı addımları göstərəcəyik.
Ümumi məlumat
  • Təlimçinin adı:
  • Kurs müddəti: 60
  • Kursun dili: Azərbaycan
  • Dərs sayı: 15
  • Fəsil sayı: 2
Rəylər