Layihə meneceri

Bio

Seyran Əliyeva 2023-cü ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. 2023-cü ildə "Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan" İctimai Birliyində Layihələr üzrə Koordinator olaraq fəaliyyət göstərməyə başlamışdır. Hal-hazırda, təşkilatda Layihələr üzrə Menecer və ölkə üzrə idarə heyətinin üzvü olaraq fəaliyyətini davam etdirir. Seyran artıq 3 ilə yaxındır ki, gənclərlə iş sahəsində aktiv fəaliyyət göstərir. Layihələr komitəsində fəaliyyətdə olduğu müddətdə o, beynəlxalq qrantlar başda olmaqla, həmçinin çox saylı yerli qrantlı layihələrin idarəedilməsini üstlənmişdir. Hazırda isə Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (NAM Youth Organisation) layihələrin idarə edilməsi sahəsində peşəkar fəaliyyətini davam etdirir. Digiuth” Onlayn Təlim Platforması layihəsinin koordinatorudur.

Sosial medialar